NASA yeri qorumaq üçün plan hazırlayır

7 May 2015 18:59 (UTC+04:00)

NASA gələcəkdə Yeri təhdid edə biləcək göy cisimlərinin zərərsizləşdirilməsi üçün yeni plan üzərində işləyir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NASA rəhbəri Çarlz Bolden Vaşinqtonda keçirilən "Humans to Mars" konfransında danışıb. O, diametri 4 metrdən kiçik olan göy cisimlərini Ayın orbitinə tərəf yönləndirilə biləcəyini bildirib.

Daha sonra həmin cisimlərin araşdırılması üçün astronavtların göndərilə biləcəyini bildirib. Bolden bunun Yerin təhlükəsizliyi üçün vacib olduğunu deyib.

Qeyd edək ki, Ağ Ev NASA-ya göy cisimini "tutmaq" və araşdırmaq üzrə tapşırığ verib.

NASA-nın bu vəzifəni 2025-ci ilə qədər tamamlamaq istədiyi bildirilib.

Rüstəm