Yol qəzası törədən sürücünün şikayəti təmin edilmədi

8 May 2015 11:11 (UTC+04:00)

Sumqayıt Apelyasiya Məhkəməsində ağır yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən “A-trans-motors” MMC-də sürücü işləmiş Rəsul Abayevin cinayət işnə baxılıb.

Teleqraf.com xəbər verir ki, Rəsul Abayev Cinayət Məcəlləsinin 263.3-cü ((Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsul Abayev məhkəmənin hökmündən apelyasiya şikayəti versə də, onun şikayəti qəbul edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə qəbul etdiyi qərarda şikayətin qəbul edilməməsini prosessual müddətin ötməsi ilə əsaslandırılıb.

Həmin qərardan narazı qalan Rəsul Abayev apelyasiya şikayəti verib və şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinin təmin edilməməsini istəyib.

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onun şikayəti təmin edilməyib.

Hacı Zeynalov