Ukrayna Azərbaycana təşəkkür edib

8 May 2015 13:54 (UTC+04:00)

Ukrayna vətəndaşlarının Nepaldan (bu ölkədən uçuşdan Bakıya enişədək) təxliyəsi zamanı göstərdiyi köməyə görə, Azərbaycana xüsusi təşəkkürünü bildirir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Səfir bildirib: "Buna görə Azərbaycan rəhbərliyinə təşəkkür edirəm. Bu, bir daha əlaqələrimizin dostluq və unikallığından xəbər verir".