Bakı rusiyalılar üçün ən bahalı şəhər oldu

8 May 2015 20:09 (UTC+04:00)

Rusiyanın otellərin bronlanması üzrə Oktogo.ru onlayn-servisi rusiyalıların may bayramlarında səyahət etmələri üçün MDB-nin ən populyar şəhər və ölkələrini seçib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Oktogo-nun reytinqi rusiyalıların 1 - 11 may 2015-ci il tarixlərində mehmanxana bronları məlumatları əsasında hazırlanıb. İlk onluğa Minsk, Daşkənd, Almatı, Bakı, Kiyev, İrəvan, Kişinyov, Astana, Bişkek və Lvov daxildir.

Gürcüstanın paytaxtı Tbilisi də rusiyalı turistlərin ən çox üstünlük verdikləri şəhərlər sırasındadır. May bayramlarında rusiyalıların səyahət etmələri üçün MDB-də ən bahalı şəhər Bakı seçilib. Burada mehmanxanalarda qalmaq üçün gündəlik orta hesabla təxminən 8,7 min rubl (180 manat) xərcləmək lazımdır.

Rüstəm