İstanbulda hava limanının tavanı çökdü: 4 yaralı - FOTO

8 May 2015 22:56 (UTC+04:00)

İstanbulda Atatürk Hava Limanının tavanı çöküb.

Publika.az-ın məlumatına görə, daxili uçuşlar terminalının giriş hissəsindəki tavan təhlükəsizlik xidməti əməkdaşlarının başına düşüb. Nəticədə 3 nəfər xidmət əməkdaşı və 1 nəfər sərnişin yaralanıb. Yaralıların dördü də xəstəxanaya yerləşdirilib.

Hava limanından bildirilib ki, baş vermiş hadisəyə görə uçuşlar təxirə salınmayacaq.