Kuba Kommunist Partiyası dindarlara münasibətini dəyişir

11 May 2015 12:12 (UTC+04:00)

Vatikana səfər edən Kuba prezidenti Raul Castro Papa Francis-ə təşəkkürünü bildirib - ABŞ-la Kuba arasında münasibətlərin bərpasında vasitəçilik etdiyi üçün.

Castro deyib ki, Papanın çıxışları da onu mütəəssir edib. "Elə mütəəssir olmuşam ki, yenidən kilsəyə gedib ibadət etməyə başlayacam. Zarafat etmirəm".

Kuba prezidenti deyib ki, onun təmsil etdiyi Kuba Kommunist Partiyası dindarları öz sıralarına qəbul etmir: "Amma indi biz buna icazə verməyə başlayırıq. Bu çox mühüm addımdır".

Castro söz verib ki, Papa sentyabrda Kubaya səfər edəndə onun bütün messalarında iştirak edəcək.