Azərbaycan "Bakı-Tbilisi-Qars"ın tikintisinə 545 milyon dollar ayırıb

11 May 2015 14:15 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmiryolu xəttinin yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 545 milyon dollar (2015-cü il iaprelin 1-nə) ayrılıb. Bu barədə Trend ARDNF-yə istinadən məlumat verir.

Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə uyğun olaraq, vəsaitlər Azərbaycan Beynəlxalq Bankı vasitəsilə "Marabda-Kartsaxi Dəmiryolu" MMC-yə köçürülüb. MMC Marabda-Türkiyə sərhədi dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması və istismarı məqsədilə yaradılıb.

Məlumata görə, 2015-ci ilin I rübündə layihənin reallaşdırılmasına Fond tərəfindən 4,6 milyon dollar ayrılıb.

Qeyd edək ki, BTQ dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.