OPEC-dən neftin qiyməti ilə bağlı bədbin pronoz

12 May 2015 01:28 (UTC+04:00)

Bahalı neft erasının sona çatdığı artıq rəsmən etiraf edilməkdədir.

ANS PRESS-in məlumatına görə, Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEC) qiymətlərlə bağlı proqnozlarını hazırlayıb.

"The Wall Street Journal" OPEC-ə istinadən yazır ki, növbəti 10 ildə neftin qiyməti 100 dollardan baha olmayacaq.

Məşhur nəşr yazır ki, ən optimist ssenariyə görə neftin qiyməti 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırılır. Və OPEC üçün hazırda 100 dollarlıq neft siyasəti gündəmdə deyil.

OPEC yanacağın qiymətlərini tənzimləmək üçün hasilatin həcmini dəyişmək siyasətindən artıq əl çəkib. Görünənlər onu deməyə imkan verir ki, OPEC üzvləri neftin hazırkı qiymətlərindən məmnundurlar. Və iyun ayındakı toplantılalarında neft hasilatının səviyyəsini indiki səviyyədə saxlamağa planlaşdırır.