"Türkiyə Azərbaycanın G20-də iştirakına böyük önəm verir"

12 May 2015 16:01 (UTC+04:00)

Azərbaycanın G20 sammitində iştirakı ölkənin Türkiyə üçün xüsusi önəm daşıması baxımından böyük əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıqlıoğlu Bakıda keçirilən İşgüzar İyirmiliyin (B20) Regional Məsləhət Forumunda deyib.

Onun sözlərinə görə, Azəzrbaycan sahibkarları nəzərə almalıdırlar ki, G20 sammiti regional və beynəlxalq problemlərin həlli üçün vacibdir.