Yəmənə hava zərbələri: 90 ölü, 300 yaralı

12 May 2015 21:06 (UTC+04:00)

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə vurduğu hava zərbələri nəticəsində paytaxt Sənada ən azı 90 nəfər ölüb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, təqribən 300 nəfər müxtəli dəfərəcəli xəsarət alıb.

Nakm rayonunda qadın və uşaqlar arasında xeyli itkinin olduğu bildirilir.