“NTV spor” birinci Avropa Oyunlarını canlı yayımlayacaq

12 May 2015 22:45 (UTC+04:00)

Türkiyənin “NTV spor” televiziya kanalı “Bakı-2015” birinci Avropa Oyunlarını hər gün yeddi saat canlı yayımlayacaq.

Bundan başqa, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də “NTV spor”un efirində birbaşa göstəriləcək. “NTV spor” ilə ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi arasında bu barədə müqavilə imzalanıb.