Xavi Çempionlar Liqasında ilkə imza atdı

13 May 2015 12:53 (UTC+04:00)

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Bavariya"ya 2:3 hesabı ilə uduzsa da, finala yüksələn "Barselona"nın futbolçusu Xavid Hernandes üçün bu görüş əlamətdar olub.

Teleqraf.com xəbər verir ki, sözügedən qarşılaşmanın 75-ci dəqiqəsində meydana çıxan təcrübəli yarımmüdafiəçi qitənin ən nüfuzlu klub turnirində 150-ci oyununu keçirib.

35 yaşlı Xavi bu uğura imza atan ilk futbolçu kimi Çempionlar Liqasının tarixinə düşüb.

Xavinin bu uğurunu "Real"da oynayan həmyerlisi İker Kasilyas təkrarlaya bilər. Hesabında 149 oyun olan təcrübəli qolkiper bu gün ÇL-in digər yarımfinal oyununda "Yuventus"la görüşdə meydana çıxarsa, bu uğura imza atmış ikinci oyunçu olacaq.

Rüstəm