ABŞ polisindən daha bir iyrənc hərəkət – VİDEO/18+

13 May 2015 14:07 (UTC+04:00)

ABŞ polisi autizmdən əzab çəkən gəncin ölümünə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ohaya ştatının Vernon şəhərində Devid Levi Dehman adlı 33 yaşlı şəxs həddindən artıq spirtli içki qəbul etdiyinə görə saxlanılıb.

Polisə tabe olmayan şəxsə təhlükəsizlik işçiləri zor t’tbiq edib. Yerə uzadılan gəncin başı divara dəyib. Autizm xəstəsi olan Dehmanın bundan sonra həyatını itirdiyi açıqlanıb.

Baş verənlər təhlükəsizlik kamerasında əks olunub.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir