Nepalda zəlzələ qurbanlarının sayı artır: 65 ölü

13 May 2015 14:29 (UTC+04:00)

Nepalın şərqində baş verən 7,3 bal gücündə zəlzələdən sonra ölənlərin sayı 65 nəfər çatıb.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 2 mindən çox insanın xəsarət aldığı bildirilib.

Rəsmilər episentri Çautara qəsəbəsinin yaxınlığında olan zəlzələdən sonra əhalini evlərinə girməməyə çağırıb. Bu səbəbdən insanlar küçədə gecələməli olub.

Samir