Filippində ayaqqabı fabrikində yanğın: 31 ölü

13 May 2015 22:34 (UTC+04:00)

Filippinin paytaxtı Manilada ayaqqabı fabrikində dəhşətli yanğın olub.

Teleraf.com ria.ru-ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 31 nəfər ölüb. Daha 63 işçinin taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Hadisə qaynaq işləri zamanı ehtiyatsızlıqdan baş verib.

Samir