Sürücü yol polisini metrlərcə sürüdü – VİDEO

14 May 2015 15:20 (UTC+04:00)

ABŞ-ın Corciya ştatında sürücü maşınına yaxınlaşan polisi metrlərcə sürüyüb.

Polis benzindoldurma məntəqəsində dayanan və özünü şübhəli aparan şəxsə yaxınlaşaraq, ondan sürücülük vəsiqəsini istəyib. Vəsiqəsi olmayan sürücü maşını sürərək, aradan çıxıb. Sürücünü əldən buraxmaq istəməyən polis isə hərəkətdə olan maşının qapısından tutaraq, 10 metrə qədər sürünüb.

Baş verənlər polisin yaxasında yerləşdirilmiş təhlükəsizlik kamerasında əks olunub.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir