Mərkəzi Bank haqqında qanun dəyişdirildi

15 May 2015 12:41 (UTC+04:00)

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanunda müzakirə edilib.

İqtisadi siyasət komiotə sədri deyib ki, təklif edilən dəyişikliklər Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlıdır. Onun sözlərinə görə, layihə prezidentin təşəbbüsü ilə irəli sürülüb: “ Kapital ehtiyatlarının bazara buraxılmasının 15 % civarında olduğunu qeyd edir. Qanunun 12-maddəsinə təklif edilən dəyişikliklər texniki xarakter daşıyır. Dəyişikliklərdən sonra yenidən qiymətləndirmə zamanı mənfəət və zərər capital ehtiyatlarına əlavə ediləcək.

Zahid Oruc isə deyib ki, qanuna dəyişiklik çox önəmlidir. İki ay ərzində baş verənlər göstərir ki, qanunları çevik dəyişmək lazımdır. Bu sektorda aktivliyin ttəmin edilməsi üçün çevikliyə ehtiyac var.
Biz son günlər ayrı-ayrı iş adamları ilə bağlı keçirilən həbsləri maliyyə bazarında sabitləşmə kimi qiymətləndiririk. Məclisdə keçirilən müzakirələr zamanı kredit faizləri ilə bağlı fikirlər səslənirdi. Qeyd olunurdu ki, vətəndaşlar krediti ödəyə bilmədiyi üçün evindən olurdu, ancaq həmin zaman bu sensasiyaya səbəb olmurdu. Ancaq indi saxlanılan şəxslərin müdafiəçiləri “biz hakimiyyətə gələndə varlı adamların hesabına kasıbların kredit problemlərini həll edəcəyik” deyən şəxslərdir.

Oqtay Əsədov deyib ki, iş adamlarının saxlanılması ilə bağlı ajotaj yaradanlar bəllidir. Bu məsələdə narahatlıq yoxdur. Onlar AVropa Yay Oyunları ilə bağlı da ajotaj yaradılar. Dövlət strukturları var, idarə edilməyən kreditlərlə bağlı tədbir görürlər. Heç bir ajotaj yoxdur.

Sonda qanun qəbul edilib.

Nemət