Parlamentdə ictimai dinləmələr keçiriləcək

15 May 2015 13:28 (UTC+04:00)

“Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçiriləcək.

Bu barədə MM sədrinin müavini Bahar Muradova məlumat verib.

Teleqraf.com-un xəbərinə görə, vitse-spiker bildirib ki, Milli Məclisin QHT-lərə Dövlət Dəstəyi Şurası ilə bağladığı Memorandumda nəzərdə tutulur ki, vətəndaşları narahat edən məsələlərin ictimai dinləmələri keçirilsin: “Hesab edirəm ki, yaxın günlərdə bu qanunun ictimai müzakirəsi aparıla bilər. O halda sənəd üçüncü oxunuşa hazır olar”.

Nemət