Brundidə çevriliş cəhdinin liderləri həbs edildi

15 May 2015 15:09 (UTC+04:00)

Burundi prezidenti Pierre Nkurunzizaya qarşı uğursuz çevriliş cəhdi etmiş üç general həbs edilib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, çevrilişə rəhbərlik edənlərdən biri, general Godefroid Niyombare hələ də axtarışdadır.

Nkurunziza isə artıq ölkəyə qayıtdığını və vətəndaşların qarşısında çıxış etməyə hazırlaşdığını deyib.

Qeyd edək ki, mayın 13-ü Brundidə hərbi çevrilişə cəhd olub.

Samir