Azərbaycan əhalisi artmaqda davam edir - STATİSTİKA

16 May 2015 11:01 (UTC+04:00)

Bu ilin ilk 3 ayı ərzində Azərbaycan əhalisinin sayı 25,2 min nəfər və ya 0,3 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumatda bildirilir.

2015-ci il aprelin 1-nə olan məlumata əsasən, əhalinin sayı 9618,2 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.

Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.