İŞİD 45 dinc sakini edam etdi

16 May 2015 11:49 (UTC+04:00)

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri Suriyanın mərkəzi hissəsində kütləvi edamı təşkil edib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Palmirı şəhərinin Əl-Əmiri qəsəbəsində baş verib. Terrorçular hərbi şəhərciyə hücum edərək, 45 dinc sakini edam edib.

Rəsmilər isə hazırda bu şəhər uğrunda şiddətli döyüşlərin getdiyini bildiriblər.

Samir