Nalbandyana yeni müavin təyin olundu

22 May 2014 17:01 (UTC+04:00)

Ermənistan prezidenti Serj Sərkisyan Karen Nəzəryanın xarici işlər nazirinin müavini təyin edilməsi barədə fərman verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə erməni mətbuatı xəbər yayıb.

Məlumata görə, K.Nəzəryan bundan öncə Ermənistanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri olub.

Səxavət