Dünyanın ən böyük hoteli Məkkədə olacaq

19 May 2015 10:33 (UTC+04:00)

2017-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində dünyanın ən böyük mehmanxanası inşa ediləcək.

Teleqraf.com Trend-ə istinadən məlumatına görə, mehmanxananın 12 qülləsində 10 min nömrə, 70 restoran, konfans zalları və supermarketlər olacaq.

Hotelin dünyadakı ən iri günbəzi Əndəlüs üslubunda layihələndiriləcək. Mehmanxananın damında helikopter meydançası da tikiləcək.