Suriyada döyüşən 6 nəfərin məhkəməsi təxirə salınıb

19 May 2015 17:32 (UTC+04:00)

Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesinin keçirilməsi baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə bu günə təyin edilən məhkəmə iclasında prokuror çıxış etməli idi. Amma məhkəmə iclası mayın 26-dək təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl keçirilən məhkəmə iclasında prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəmişdi.

Hacı Zeynalov