"Eurovision 2015"in birinci yarımfinalından - FOTOLAR

20 May 2015 12:50 (UTC+04:00)

Avstriyanın paytaxtı Vyanada “Eurovision 2015” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Teleqraf.com xəbər verir ki, mahnı müsabiqəsini “Eurovision 2014”ün qalibi Konçita Vurst açıb. "Wiener Stadthalle" arenasında baş tutan müsabiqədə 16 ölkənin təmsilçisi iştirak edib.

İlk yarımfinal günündən sonra Rusiya, Serbiya, Belorus, Albaniya, Rumıniya, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

İkinci yarımfinal mayın 21-də baş tutacaq. Elnur Hüseynov bu mərhələdə “Hour of the Wolf” mahnısı ilə 11-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, İTV telekanalı Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın hadisəsi ilə əlaqədar "Eurovision" mahnı yarışmasının 1-ci yarımfinalını yayımlamamaq barədə qərar vermişdi.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm