Şeyx başsağlığı verdi

20 May 2015 13:04 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı şəhərində mayın 19-da baş vermiş yanğınla bağlı ölənlərin ailələrinə başsağlığı verib.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, QMİ Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğında dünyasını dəyişmiş həmvətənlərimizə Allahdan rəhmət diləyir, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd olunur ki, bu hadisə zamanı həlak olmuş insanların faciəvi itkisi hər birimizin qəlbini ağrıdır: "Bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, hər birimizə Allahdan səbr, yaralılılara Uca Yaradandan şəfqət arzulayırıq. Bu günlər Azərbaycanın bütün məscidlərində yanğın qurbanlarının xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir. Uca Allah xalqımızı və dövlətimizi hər cür bəla və fəlakətlərdən hifz etsi. Amin."