Kəmaləddin Heydərov Özbəkistanda qısamüddətli səfərdə olub

20 May 2015 13:15 (UTC+04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistan fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə bu ölkədə qısamüddətli rəsmi səfərdə olub.

Teleqraf.com xəbər verir ki səfər zamanı Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Özbəkistan naziri Tursinxan Xudayberqenovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli görüş keçirilib.

Görüşdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşün sonunda “Azərbaycan ilə Özbəkistan Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Qeyd edək ki, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məlumat daxil olan kimi nazir Özbəkistanda nəzərdə tutulan bütün digər görüşlərini dərhal təxirə salaraq təcili Bakıya qayıdıb.

İLHAMƏ