Müsavatın Məclis üzvü istefa verdi

20 May 2015 14:51 (UTC+04:00)

Müsavat Partiyasının daha bir üzvü istefa verib.


Teleqraf.com xəbər verir ki, Müsavat Məclisinin üzvü Arifə Hüseynli partiyadan istefa verdiyini açıqlayıb.


A. Hüseynli Müsavatın hazırkı rəhbərliyinin apardığı siyasətə və partiyada yaranmış vəziyyətə etiraz olaraq bu addımı atdığını bildirib.


Qeyd edək ki, A. Hüseynli Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında təmsil olunur.