Arda Turan başsağlığı verdi- FOTO

20 May 2015 15:21 (UTC+04:00)

Tanınmış türkiyəli futbolçu Arda Turan Bakıda baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə A.Turan "Twitter"dəki səhifəsində yazıb.

A.Turan yazıb: “Başın sağ olsun, Azərbaycan! Başın sağ olsun, Türkiyə!”

Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.

Rüstəm