Santa Barbara sahilləri qara rəngə boyandı

20 May 2015 22:17 (UTC+04:00)

Amerikanın Kaliforniya ştatının turizm şəhəri olan Santa Barbara sahilləri qara rəngə boyanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, boru xəttindən sızan 79 min litr neft şəhərin əsas çimərliklərindən birinə axıb və dənizin sahillərində neft gölməçələri yaranıb.

Hazırda bölgədə föqəladə vəziyyət elan edilib. Borunun məxsus olduğu şirkət qəzanı aradan qaldırmağa çalışır. Hadisənin səbəbləri məlum deyil.

Samir