"Bu, ən gözəl vasitələrdən biridir”

21 May 2015 08:17 (UTC+04:00)

“İlk Avropa Oyunları ilk növbədə Azərbaycanı dünyaya daha yaxşı tanıtdırmaq üçün ən gözəl vasitələrdən biridir. Bu Oyunlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək, hamı Azərbaycanın necə təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək ki, bu da ölkəmizə inamı artıracaq, ölkəmizin dünyada nüfuzunu daha da gücləndirəcək, ölkəmizə turist axınını artıracaq”.

Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, Azərbaycan kimi müsəlman dövlətinin Avropa Oyunlarına ev sahibliyi etməsinin böyük əhəmiyyəti var. Çünki Avropa ictimaiyyəti Azərbaycanın tolerant ölkə olduğunun şahidi olacaqlar. Onun sözlərinə görə, oyunlar çərçivəsində Azərbaycana gələn xarici qonaqların hər biri öz ölkəsi üçün burda səfirdi və onlar inkişafımızı öz ölkələrində təbliğ edəcəklər.

Səxavət