Mövlud Çavuşoğlu Bakıdakı yanğınla bağlı başsağlığı verdi

21 May 2015 09:48 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda mayın 19-da yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.

Bu barədə M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb.

M.Çavuşoğlu yanğın nəticəsində ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Qeyd edək ki, Bakıda mayın 19-da yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.