Dələduzluq edən qadına hökm oxundu

21 May 2015 14:28 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səkinə Məmmədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək ümumilikdə 103 min 650 manat dələduzluq edib və Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Səkinə Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib. Eləcə də, məhkəmə zərərçəkənlərin təqsirləndirilən şəxslərə qarşı olan mülki iddiası təmin edilib.

Hacı Zeynalov