Səudiyyədə daha bir məsciddə partlayış: 6 ölü, 30 yaralı

22 May 2015 19:20 (UTC+04:00)

Səudiyyə Ərəbistanının şərqindəki Əl-Katif rayonundakı məscidlərdən birinə hücum olub.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə vətəndaşların cümə namazını qıldığı zaman baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 30-u isə yaralanıb.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi hadisə zamanı ölənlərin artacağını istisna etməyib. Partlayışın hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.

Samir