Voleybolçularımız Sofiyada biabır oldu

23 May 2014 09:55 (UTC+04:00)

Dünən voleybol üzrə Avro-2015-in II təsnifat mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan millisi ilk oyununda Portuqaliya ilə qarşılaşıb. Qitənin ortabab komandalarından da hesab olunmayan Portuqaliyaya asanlıqla qalib gələcəyimiz gözlənilsə də, yığmamız startda biabırçılqıla üzləşib. Sofiyada keçirilən oyunda Portuqaliya qalib gəlib.

Günün digər matçında isə ev sahibi Bolqarıstan Yunanıstan üzərində 3:0 hesablı qələbə qazanıb.

D qrupu

Portuqaliya - Azərbaycan - 3:2 (25:23; 16:25; 23:25; 25:23; 15:12)

Bolqarıstan - Yunanıstan - 3:0 (25:13; 25:14; 25:13)