ABŞ-da zəlzələ baş verib

23 May 2015 00:51 (UTC+04:00)

ABŞ-ın Nevada ştatında, Las-Veqas şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kalyente şəhərindən 39 km cənub-qərbdə, ocağı isə 19,4 km dərinlikdə yerləşib.


Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.