Kərəm Həsənov Lerikdə vətəndaşlarla görüşəcək

25 May 2015 11:53 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29-da Lerik şəhərində vətəndaşlarla görüşəcək.

Teleqraf.com xəbər verir ki, qəbulda Lerik, Lənkəran, Astara rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Mədəniyyət Evində keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər.

İLHAMƏ