Qocalar evi yandı, 38 nəfər öldü

26 May 2015 08:04 (UTC+04:00)

Çində qocalar evində yanğın nəticəsində 38 nəfər həlak olub, 6 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Yanğın Xenan əyalətinin Pindinşan şəhərində baş verib.

Verilən məlumata görə, xəsarət alanların ikisinin vəziyyəti ağırdı. Bütün yaralılar xəstəxanaya çatdırılıb.

Yanğının səbəbi hələ ki məlum deyil.