Dollar nefti vurur

27 May 2015 10:44 (UTC+04:00)

“Neftin ucuzlaşmasına səbəb ABŞ valyutasının bahalaşmasıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə öz feysbuk hesabında iqtisadçı ekspert Samir Əliyev yazıb.

Onun sözlərinə görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) il ərzində uçot dərəcəsini artırma ehtimalını açıqlaması dünyada dolları gücləndirib: “Neft üzü aşağı gedir. İyul ayının fyuçers kontraktları üzrə “Brent” markalı neftin barreli hazırda 63,50 dollara satılır. Bu, aprelin 23-ü tarixindəki həddir. FED-in uçot dərəcələrini bu il qaldırmaq ehtimalını qeyd etməsi dolları gücləndirib. Yunanıstan problemi və İspaniyada müşahidə olunan siyasi gərginlik avronu ucuzlaşdırır. Yapon yeni dollara nisbətən 8 illik minimum həddə düşüb. Güman ki, sabah dollar bir az da bahalaşacaq”.