Paytaxtda torpaq aşınması qeydə alınıb

27 May 2015 16:53 (UTC+04:00)

Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən avtomobil yolunun sağ tərəfində torpaq sürüşməsi qeydə alınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Onun sözlərinə görə, bu, lokal sürüşmədir: “Torpaq sürüşməsindən söhbət gedə bilməz. Baş verən hadisə adi torpaq aşınmasıdır. Respublikanın əksər yollarının kənarlarında, çay qıraqlarında yağan yağışın təsirindən belə torpaq aşınmaları hər gün olur. Sürüşmə atmosfer yağıntılarının düşməsi nəticəsində baş verib.

Baş geoloqu sözlərinə görə, aşınmanın genişlənməsi ehtimalı yoxdur.

Ələmdar Piriyev bildirib ki, torpaq aşınmasının qalınlığı 10-15 santimetrdir və kiçik bir ərazini əhatə edir.

İLHAMƏ