Seksual prokuror haqqında serial - VİDEO, FOTO

27 May 2015 23:07 (UTC+04:00)

Krım prokuroru Natalya Poklonskaya haqqında serialın çəkilişlərinə başlanıb.

ANS PRESS-in məlumatına görə, seksual prokurora həsr edilən serial "Krım sakurası" adlanır.

Poklonskayanın həyatından bəhs edən 12 seriyalı filmin rejissoru Vitali Pavlovdur.

Serialın süjet xətti Natalya Poklonskayanın tərcümeyi-halından qaynaqlanır. Prokurorun gənclik illəri serialda geniş yer alır. Serialda xüsusi diqqət onun şəxsi həyatına ayrılır.

Birinci çəkiliş günü Moskva şəhərinin Presnenski məhkəməsində keçib. Burada dələduzluqda ittiham olunan biznesmenin üzərində məhkəmə prosesi çəkilib.

Serialın çəkilişi Krım Respublikasında və Praqada davam edəcək. Serialda Poklonskayanın rolunu Yuliya Snigir oynayır.