“Qara qızıl” bahalaşmağa davam edir

28 May 2015 08:23 (UTC+04:00)

Neftin dünya bazarlarında qiymətində yenidən qalxma müşahidə olunub.

Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.34 dollar (0.59%) artaraq 57.85 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.44 dollar (0.71%) bahalaşaraq 62.50 dollar olub.

Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.