Şahin Diniyevin köməkçiləri müəyyənləşdi

29 May 2015 22:23 (UTC+04:00)

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz" klubunun yeni baş məşqçisi təyin olunan Şahin Diniyevin köməkçiləri müəyyənləşib.

Teleqaf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı yeni işinə yeni heyətlə başlayacaq. Onun köməkçilərinin əksəriyyəti gəncəli mütəxəssislərdir.

Ş.Diniyevin əsas köməkçisi Məşqçilər Komitəsində onunla birgə çalışan Şakir Qəribov olacaq.