Polis avtobusu qəzaya uğradı: 16 ölü, 4 yaralı

30 May 2015 14:16 (UTC+04:00)

Misirin Beni Suveyf rayonunda polisləri daşıyan avtobus minik avtomobili ilə toqquşub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 13-ü polis olmaqla 16 nəfər həyatını itirib, 4 polis isə yaralanıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Pakistanda yol qəzalarında ildə təxminən 13 min adam həlak olur, 60 min nəfər isə yaralanır.

Samir