Sevdanın ailəsində ağır itki-FOTO

30 May 2015 17:12 (UTC+04:00)

Müğənni Sevda Sanəliyevanın anası Rəhilə Həmidova vəfat edib.

Teleqraf.com məlumatına görə, uzun müddətdir xəstəxanada olan Rəhilə xanım böyrək çatışmazlığından əziyyət çəkirdi.

Qeyd edək ki, S.Sanəliyeva açıqlamasında anasının xaricdə əməliyyat olunduğunu demişdi:

“Hazırda anamı Bakıya gətirmişik. Reanimasiyadadır, süni nəfəs aparatına qoşublar. Vəziyyəti ağırdır. Böyrək köçürdülər. Ağciyərləri sıradan çıxıb”.

Allah rəhmət eləsin!