Avropa Oyunlarına sən də qoşul - FOTO

30 May 2015 13:55 (UTC+04:00)

YAP Gənclər Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Bakı-2015 ilk Avropa Oyunlarına dəstək məqsədilə "İlk Avropa Oyunlarına sən də qoşul" devizi altında veloyürüş keçirilib.

Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, YAP Gənclər Birliyinin ofisinin qarşısından start götürməklə Olimpiya Stadionunun yanında yekunlaşan yürüşdə 100-dən artıq velosipedçi iştirak edib.