“Barselona” Çempionlar Liqasının finalına itki ilə çıxa bilər

31 May 2015 18:37 (UTC+04:00)

İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Andres İnyesta Çempionlar Liqasının finalında “Yuventus”la oyunu buraxa bilər.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb futbolçunun İspaniya kubokunun finalında “Atletik” Bilbaoya qarşı oyunda zədələnməsidir.

31 yaşlı A. İnyesta zədələndiyinə görə matçın 55-ci dəqiqəsində Xavi ilə əvəzlənmişdi.

O, tibbi müayinədən keçdikdən sonra yarımmüdafiəçiyə dəqiq diaqnoz qoyulacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 6-da keçiriləcək.