Fuad Muradov seçiciləri ilə görüşüb

4 İyun 2015 13:32 (UTC+04:00)

Bu gün Səbail rayonu 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov Milli Məclisdə seçiciləri qəbul edib.

Teleqraf.com-un məlumatına görə, əvvəlcədən müraciət etmiş seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə tanış olub.

Müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı bir sıra məişət, kommunal problemləri də yer almışdı. Millət vəkilinə müraciət edən seçiciləri əsasən iş, mənzil qeyiyyatı, o cümlədən bir sıra hüquqi məsələlər narahat edirdi.

Seçiciləri dinlənildikdən sonra F.Muradov müvafiq orqanlara ünvanlanması üçün ərizələri qəbul edib.

Seçicilərinin bir sıra məsələlərinin yerində həll edilməsi ilə bağlı müəyyən tədbirlər görülüb.

BƏXTİYAR