Elmar Məmmədyarov Moldova səfiri ilə görüşüb

4 İyun 2015 19:35 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov İ.Bodiuya fəaliyyəti dövründə Azərbaycan və Moldova arasında münasibətlərin daha da inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.