"Kiyevə ölkənin cənub-şərqi ilə dialoq qurmaq lazımdır"

23 May 2014 23:56 (UTC+04:00)

Ukraynanın yeni hakimiyyətinə böhrandan çıxmaq üçün ölkənin cənub-şərqindəki regionlarla dialoq qurmaq lazımdır.

Bu barədə RF-nin BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin cümə günü deyib.

Çurkin Donetsk və Luqansk vilayətlərində keçirilən referendumlardan sonra, Donetskin RF tərkibinə daxil edilməsinin mümkünlüyü barədə televiziya tamaşaçılardan birinin sualını cavablandıraraq bildirib:

"Donetskin RF tərkibinə daxil edilməsini indi müzakirə etmək lazım deyil. Xüsusi əməliyyatın dayandırılmasını və cənub-şərqdə vəziyyətin normallaşmasını müzakirə etmək lazımdır. Dialoq lazımdır (Kiyev və regionlar arasında), lakin Kiyev bu dialoqa getmək istəmir", - RİA Novosti xəbər verir.
Daimi nümayəndə həmçinin qeyd edib ki, yaranmış vəziyyətə baxmayaraq, Kiyev və RF arasında işgüzar səviyyədə əlaqələr davam edəcək.

"Əlaqələr davam etdirilir. Xüsusilə, energetika nazirləri səviyyəsində.

Biz siyasi simvolik addımlardan çəkinirik, lakin problemləri həll etmək lazımdır. Kiyev ilə işgüzar səviyyədəki əlaqələr müxtəlif səviyyələrdə qalır", - Çurkin bildirib./trend/